İqtisadi Şuranın iclası keçirildi
Daxili siyasət
11.07.2025 18:25
İqtisadi Şuranın iclası keçirilib.
TodayPress TV xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Şuranın sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində 2026-cı il və ortamüddətli dövr üçün dövlət büdcəsi və icmal büdcə gəlirlərini formalaşdıran daxilolmaların strukturu, gəlirlər üzrə siyasətin əsas istiqamətləri və digər cari məsələlər müzakirə olunub.
Gündəlikdə olan büdcə-vergi məsələləri üzrə maliyyə naziri Sahil Babayevin, iqtisadiyyat naziri Mikayıl Cabbarovun və əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin məruzəsi dinlənilib.
Təqdim olunan gündəliyə dair İqtisadi Şuranın üzvləri tərəfindən müzakirələr aparılıb.
İclasın yekununda İqtisadi Şuranın üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
tag: İqtisadi Şura,İclas,Nazirlər,Kabineti,Todaypress.tv,
 
                                             
                                             
                                             
                                             
        
 
                                ![Azərbaycan, İran və Rusiya [[avtomobil daşımaları üzrə]] xüsusi İşçi qrupu yaradacaq](/uploads/news/68eded1464d22.webp) 
                                            ![[[Strategiya və dövlət proqramı layihələri üzrə]] komissiya yaradıldı](/uploads/news/6853a306bd519.webp) 
                                            ![Məhv olmuş evlərin [[torpaq sahələrinə dair tənzimləmə]] müəyyənləşdi](/uploads/news/6890b10b8e65f.webp) 
                                            ![Media subyektlərinin hansı hallarda [[Media Reyestrindən çıxarılacağı]] müəyyənləşdi](/uploads/news/688c8e99e57ca.webp) 
                                            ![Bələdiyyələrin [[vahid informasiya sistemi]] yaradılacaq](/uploads/news/685a5cc802e15.webp) 
                                            ![[[Prezident:]] Bu gün bütün Qarabağ və Şərqi Zəngəzur tikinti meydançasıdır](/uploads/news/6900ca3e6477e.webp) 
                                            ![[[Baş nazir:]] "Statistika Cəmiyyətin, ölkənin inkişafında mühüm rol oynayır"](/uploads/news/68d3af8e482c2.webp) 
                                            ![Gömrük borcunun [[ödənilməsində]] məsul subyektlər dəqiqləşdirildi](/uploads/news/687f81597504c.webp) 
                                            ![Nazirlər Kabineti [[aviasiya işçiləri ilə bağlı]] qərar verdi](/uploads/news/68628cc072ae5.webp) 
                                             
                                            