Hamarmeşə–Bibiyani avtomobil yolunun əsaslı təmirinə 2 milyon ayrıldı - SƏRƏNCAM

Daxili siyasət

29.07.2025 13:15

Lerik rayonunun bir min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Hamarmeşə–Bibiyani Hamarmeşə–Bibiyani avtomobil yolunun əsaslı təmirinə 2 milyon ayrılıb.

TodayPress TV xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yolunun əsaslı təmirinin davam etdirilməsi üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutmalı, Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

tag: Prezident,İlham Əliyev,Sərəncam,İmza,Todaypress.tv,