AAYDA-ya 1,5 milyon manat ayrıldı - SƏRƏNCAM
Daxili siyasət
11.06.2025 13:18
Prezident İlham Əliyev Xaçmaz rayonunun Gəndob–Xaçmaz–Yalama–Rusiya Federasiyası ilə dövlət sərhədi (28 km)–Köhnə Xaçmaz–Xaspoladoba–Gəncəli–Bəbəli–Əzizli–Əhmədoba–Müşviq–Müşkür–Hacıqazma–Hacıəhmədoba–Şərifoba–Qaracəlli–Xəzərli avtomobil yolunun əsaslı təmiri ilə bağlı Sərəncam imzalayıb.
TodayPress TV xəbər verir ki, Sərəncamda deyilir:
2. On iki min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Gəndob–Xaçmaz–Yalama–Rusiya Federasiyası ilə dövlət sərhədi (28 km)–Köhnə Xaçmaz–Xaspoladoba–Gəncəli–Bəbəli–Əzizli–Əhmədoba–Müşviq–Müşkür–Hacıqazma–Hacıəhmədoba–Şərifoba–Qaracəlli–Xəzərli avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 yanvar tarixli 445 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.19.21-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 1,5 milyon (bir milyon beş yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yolunun əsaslı təmirinin davam etdirilməsi üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutsun.
5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
tag: Prezident,İlham Əliyev,Sərəncam,Yol,Todaypress.tv,
 
        
 
                                ![Milli Məclisin yaz sessiyasında [[növbəti plenar iclası]] keçirilir](/uploads/news/68395829490d7.webp) 
                                            ![[[Prezident:]] Azərbaycanın milli inkişaf strategiyasında şəhərsalma prioritet istiqamətlərdən birini təşkil edir](/uploads/news/68ef638699607.webp) 
                                            ![[[Azərbaycan Prezidenti:]] Üçüncü Milli Şəhərsalma Forumunun Xankəndidə keçirilməsi xüsusi məna daşıyır](/uploads/news/68ef6531ee162.webp) 
                                            ![[[“Polis haqqında” Qanuna]] dəyişiklik edildi](/uploads/news/6891fda0c7117.webp) 
                                            ![[[Prezident İlham Əliyev:]] Zəfər Günü bizim tariximizdə olan ən parlaq səhifədir](/uploads/news/6900c9d70a38a.webp) 
                                            ![ABB və "Azər-Türk Bank"ın [[idarəedilməsində]] dəyişiklik edildi](/uploads/news/68e0d45445e1b.webp) 
                                            ![Daşınmaz əmlak çıxarışı [[EHİS üzərindən]] veriləcək](/uploads/news/68c29adb4e2d5.webp) 
                                            ![[[Prezident:]] Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Bakıda keçirilməsi qərarı Azərbaycanın beynəlxalq urbanizasiya proseslərinə verdiyi töhfənin göstəricisidir](/uploads/news/68ef657c48b39.webp) 
                                            ![İqtisadi Şuranın [[iclası]] keçirildi](/uploads/news/68711ee7edb97.webp) 
                                            ![Azad olunan ərazilərdə [[tullantılarla bağlı]] idarəetmə təkmilləşdiriləcək](/uploads/news/68b19b96729ac.webp) 
                                            