Zaur Mikayılov Göygöldə vətəndaşları qəbul etdi

Cəmiyyət

31.10.2025 18:24

Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov Göygöldə bu rayondan, eləcə də Daşkəsən və digər rayonlardan olan vətəndaşları qəbul edib.

TodayPress TV agentliyə istinadən xəbər verir ki, sədr vətəndaşların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Z.Mikayılov qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Müraciətlər əsasən suvarma suyuna olan tələbatın ödənilməsi, kanalların beton üzlüyə alınması, içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması, subartezian quyularının təmiri və balansa götürülməsi, işlə təminat və digər məsələlərlə bağlı olub.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.

TodayPress TV

tag: ADSEA,Göygöl,Vətəndaş,Qəbul,Todaypress.tv,