Şəki Tibb Kollecində dini maarifləndirmə tədbiri keçirildi

Cəmiyyət

25.06.2025 12:41

Şəki Tibb Kollecində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki regional bölməsinin təşkilatçılığı ilə “Gənclərin milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda tərbiyəsinin əhəmiyyəti” mövzusunda maarifləndirici tədbir keçirilib.

Bu barədə TodayPress TV-yə dövlət qurumundan məlumat verilib.

Bildirilib ki, tədbirdə Dövlət Komitəsinin Şəki regional bölməsinin aparıcı məsləhətçisi Saleh Məmmədov, Şəki şəhəri “Xan” məscidinin imam müavini Habil Xəlilov və tələbələr iştirak ediblər.

Qeyd olunub ki, milli kimliyin əsas sütunlarından biri də tarixə, dilə, dinə və mədəniyyətə olan hörmət və sədaqətdir. Milli-mənəvi dəyərlərin tərənnümündə ailənin, məktəbin və ictimai institutların rolundan bəhs edilib. Çıxışlarda həmçinin gənclər arasında vətənpərvərlik ruhunun gücləndirilməsinin dövlətin prioritet istiqamətlərindən biri olduğu vurğulanıb.

tag: Şəki,Tibb,Kollec,Tədbir,Todaypress.tv,