Sabahın hava proqnozu açıqlandı

Cəmiyyət

26.10.2025 14:00

Oktyabrın 27-də ölkə ərazisində hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

TodayPress TV xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, gün ərzində əsasən yağış gözlənilmir.

Lakin 26-dan 27-nə keçən gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimal edilir. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 14–16°, gündüz 18–20° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80–85%, gündüz 60–70% təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gecə bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı, ayrı-ayrı ərazilərdə leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq zonalarda isə sulu qara keçəcəyi ehtimal olunur. Bəzi yerlərdə duman gözlənilir. Qərb küləyi gecə və səhər saatlarında bəzi bölgələrdə arabir güclənəcək.

Havanın temperaturu gecə 12–17°, gündüz 20–25° isti, dağlarda gecə 2–7°, gündüz isə 10–15° isti olacaq.

TodayPress TV

tag: Hava proqnozu ,Hava,Yağıntı,Milli Hidrometeorologiya Xidməti,Todaypress.tv,