Sabah hava necə olacaq? - PROQNOZ
Cəmiyyət
21.09.2025 13:00
Sentyabrın 22-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən TodayPress TV-yə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Günün birinci yarısında bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 16-18° isti, gündüz 19-22° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam yağıntılar tədricən kəsiləcək. Arabir duman olacaq, mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 13-17° isti, gündüz 17-21° isti, dağlarda gecə 0-4° isti, gündüz 4-9° isti olacaq.
tag: Hava,Qeyri-sabit,Külək,Yağış,todaypress.az,
 
        
 
                                ![Ötən il [[neçə körpə ölümü]] qeydə alınıb?](/uploads/news/68569f5522fc3.webp) 
                                            ![Güclü küləklə bağlı [[növbəti dəfə]] xəbərdarlıq edildi](/uploads/news/68666d9c03a9c.webp) 
                                            !["Bakıkart"da yaranan nasazlıq [[aradan qaldırıldı]]](/uploads/news/689b59aa80b83.webp) 
                                            ![36 dərəcə isti olacaq [[- SABAHIN HAVASI]]](/uploads/news/6847f1fdebeeb.webp) 
                                            ![Londonda [["YAŞAT" yay məktəbi]] davam edir](/uploads/news/6882122530f08.webp) 
                                            ![Həqiqəti göstərən kameranın sahibi: [[Çingiz Mustafayevin doğum günüdür]]](/uploads/news/68b17ca3143e8.webp) 
                                            ![[[“Şəhərsalmanın inkişafında qadınların rolu”]] mövzusunda panel müzakirə təşkil edildi](/uploads/news/68666f8d36876.webp) 
                                            ![DİN-in Polis Akademiyasında [[“İnsan Hüquqları Aylığı” çərçivəsində]] dəyirmi masa təşkil olundu](/uploads/news/684bea1151892.webp) 
                                            ![Taksi istifadəçilərinin [[sayı]] azaldı](/uploads/news/6874dd367e692.webp) 
                                            ![Avqustun [[hava proqnozu]]](/uploads/news/688b574670eb5.webp) 
                                            