Qəbiristanlığın yerində bulvar salınır - Bülbülədəki qəbirlər necə köçürüləcək?

Cəmiyyət

15.09.2025 12:30

"İslam hüququna görə, qəbirlərin açılması və meyitlərin köçürülməsi zəruri ehtiyac olmadıqca haram sayılır”. 

İlahiyyatçı Tural İrfan bu fikirləri TodayPress TV-yə açıqlamasında bildirib. 

“Çünki müsəlmanın ehtiramı ölümündən sonra da qorunur və qəbir açmaq insanın məhrəmiyyətinə toxunmaq kimi qiymətləndirilir", - o, həmçinin deyib.

Onun sözlərinə görə, bu məsələdə müəyyən istisnalar mövcuddur:

"Əgər dəfn dini qaydalara uyğun aparılmayıbsa, ana bətnində diri uşaq dəfn olunubsa, yaxud meyit qibləyə əks istiqamətdə basdırılıbsa, qəbir açılaraq düzəliş edilə bilər. Eyni zamanda, qanunun tələb etdiyi məhkəmə ekspertizası zamanı da ekshumasiya aparılması mümkündür".

İlahiyyatçı əlavə edib ki, yol çəkilişi, infrastruktur dəyişiklikləri və qəbrin təhlükə altında olması hallarında da qəbirlərin köçürülməsi zəruri ola bilər. Amma bütün hallarda dini qaydalara əməl olunmalı və ölülərin ehtiramı qorunmalıdır.

Qeyd edək ki, Abşeron yarımadasının mərkəzində, Suraxanı rayonunun Bülbülə qəsəbəsi ərazisində yerləşən Bülbülə gölünün ətrafındakı qəbiristanlıq köçürüləcək. 

Bildirilir ki, ümumi sahəsi 99 hektar olan Bülbülə gölünün sahilində bulvar salınacaq. Layihəyə əsasən, gölün üzərindən körpü inşa ediləcək. 

Türkan İsgəndərli

TodayPress TV

tag: Tural İrfan,İlahiyyatçı,Qəbir,İslam,Todaypress.tv,

photo