Noyabrın ilk gününün havası açıqlandı
Cəmiyyət
31.10.2025 13:54
Azərbaycanda noyabrın 1-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə TodayPress TV-yə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin oktyabrın 31-dən noyabrın 1-nə keçən gecə bəzi yerlərdə az çiskinli olacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 10-15, gündüz 19-22 dərəcə isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-65 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 5-9, gündüz 19-24 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə şaxta, gündüz 5-9 dərəcə isti olacaq.
tag: Hava,Dərəcə,Yağmursuz,Temperatur,Todaypress.tv,
 
        
 
                                ![Sumqayıtda [[qaz olmayacaq]]](/uploads/news/68b004b755196.webp) 
                                            ![[[BŞİH:]] “Sovetski”-də tarixi binaların söküntüsü nəzərdə tutulmayıb](/uploads/news/6901f6cdc9abe.webp) 
                                            ![Avtobuslardan [[istifadə edənlərin sayı]] artdı](/uploads/news/68273a5cdf129.webp) 
                                            ![[[Fərid Məmmədov:]] “Su mövzusu dünyanın gündəmindədir”](/uploads/news/68c11abb8bd1c.webp) 
                                            ![Kürdəmir rayon prokurorluğunda [[“Açıq qapı” günü]] keçirildi](/uploads/news/684bf9723422f.webp) 
                                            ![Rəşad Dağlının niyə əfv olunmadığı [[AÇIQLANDI]]](/uploads/news/68344b6ba1daa.webp) 
                                            ![Bakı Limanı [[yenidən]] dövlət qeydiyyatından keçdi](/uploads/news/686b6dc5807c0.webp) 
                                            ![[[Azərbaycan digər ölkələri]] qadın sahibkarlara dəstək göstərməyə çağırdı](/uploads/news/682c6dad79224.webp) 
                                            ![KOB evlərində [[sahibkarlara]] 260 minə yaxın xidmət göstərildi](/uploads/news/686e0e23c9381.webp) 
                                            ![Ağstafa şəhərində [[yol nişanlanma işləri]] aparılır](/uploads/news/68a6bc454f6f6.webp) 
                                            