Naxçıvanda yeni qurum yaradıldı, rəis təyin olundu
Cəmiyyət
18.06.2025 11:44
Naxçıvanda yeni qurum yaradılıb, rəis təyin olunub.
TodayPress TV xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin 14 saylı Naxçıvan Regional bölməsi yaradılıb.
Bu gün keçirilən təqdimat mərasimində regional bölməyə yeni rəis də təyin edilib. Belə ki, Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rəisi Rafiq Aslanovun müvafiq əmri ilə Səttar Şəmsəddin oğlu Nəsirov 14 saylı Naxçivan regional bölməsinin rəisi təyin olunub.
Digər əmrlə Sabir Rzayev qurumun rəis müavini təyin edilib.
tag: ADSEA,Naxçıvan,Qurum,Rəis,Todaypress.tv,
