Mətbəx əşyalarını belə təmizləyin
Cəmiyyət
16.09.2025 18:45
Mətbəxdə bəzi əşyalar diqqətlə təmizlənsə də, yenə də kifayət qədər çirkli qala bilər.
TodayPress TV xəbər verir ki, məkanın təşkili üzrə mütəxəssislər bildirirlər ki, mətbəxdə ən çox bakteriya toplayan əşyalar süngərlər və qab yumaq üçün istifadə edilən dəsmallardır.
Süngərlərdə stafilokok, bağırsaq çöpləri və kif kimi zərərli mikroorqanizmlər aşkarlanıb. Buna görə də bu əşyaların ayda üç-dörd dəfə dəyişdirilməsi tövsiyə olunur.
Çirklənməyə görə ikinci yeri doğrama lövhələri tutur. Ət, balıq, tərəvəz və çörək üçün ayrıca lövhələrdən istifadə edilməli, onlar altı aydan bir dəyişdirilməlidir.
Həmçinin, zibil qabı hər ay, içində paket olsa belə, dezinfeksiya edilməli, mətbəx çanağı isə həftədə ən az bir, daha yaxşısı iki-üç dəfə təmizlənməlidir.
Türkan İsgəndərli
tag: Mətbəx,Əşya,Çirkli,Mikrob,Todaypress.tv,