"Mərsiyə deməli idi?" - Millət vəkilindən Alim Qasımovu qınayanlara cavab

Cəmiyyət

12.06.2025 14:59

Xalq artisti Alim Qasımovun toyların birində rep deməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

TodayPress TV xəbər verir ki, məsələyə Milli Məclisin deputatı Fazil Mustafa münasibət bildirib. 

O qeyd edib ki, bu, sənət adamının rahat və komplekssiz şəkildə, tədbirin mahiyyətinə uyğun ata biləcəyi sadə və maraqlı bir addımdır. 

"Sevdiyimiz ustad sənətçi Alim Qasımovun videosu yayılan toyda şən və pozitiv davranışını bəyəndim. Toyda mərsiyə deməli, yaxud ağlamalı idi? Söyüş-zad söyməyib, yaxud təhqiredici ifadə işlətməyib ki? Öz üslubunda məclisin ovqatını yüksəltmək istəyib. Sənət adamı ütülü, standart biçimdə olmalı deyil. Hələ bu adam Alim ola! Böyük istedadların ərköyünlük haqqını da nəzərə almalıyıq! Mədəni və mənəvi ekologiyamıza hansısa zərər vurduğunu düşünmürəm".

Deputat qeyd edib ki, hər bir davranışın çevrəyə vurduğu zərərinə və faydasına baxmaq daha məqsədəuyğundur.

Türkan İsgəndərli

tag: Alim Qasımov,Fazil Mustafa,Toy,Rep,todaypress.tv,