“Fiziki infrastruktur” işçi qrupunun növbəti iclası keçiriləcək
Cəmiyyət
25.07.2025 12:34
30 iyul 2025-ci il tarixində Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Fiziki infrastruktur” işçi qrupunun “Ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə” altqrupunun növbəti iclası keçiriləcək.
TodayPress TV xəbər verir ki, iclas çərçivəsində 2025-cü il üçün Yol Xəritəsində nəzərdə tutulmuş tədbirlərin icra vəziyyətinin müzakirəsi aparılacaq, əldə olunan nəaliyyətlər barədə ətraflı məlumat veriləcək.
Bununla yanaşı, iclas zamanı özəl sektorun təşəbbüsü ilə görülmüş işlərə və hazırlanmış təkliflər, eləcə də əvvəlki iclaslar zamanı verilmiş tapşırıqların icra vəziyyəti müzakirə ediləcək.
Keçiriləcək iclasla əlaqədar vətəndaşlar, o cümlədən özəl sektor nümayəndələri Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın https://azranking.az internet portalının “onlayn müraciət (https://azranking.az/online-apply)” bölməsinin “Təklif göndər” onlayn xidməti vasitəsilə işçi qrupun işində iştirak edərək aidiyyəti sahə və məsələlər barədə təkliflər təqdim edə bilər.
tag: AYNA,Tədbir,İclas,Müzakirə,Todaypress.tv,