FHN silsilə maarifləndirmə tədbirləri keçirdi
Cəmiyyət
25.06.2025 16:24
Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.
Bu barədə TodayPress TV-yə FHN-dən məlumat verilib.
Belə ki, FHN-in Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi tərəfindən Yasamal rayon 10 nömrəli uşaq poliklinikasında, Xətai rayon 28 nömrəli şəhər poliklinikasında və Binəqədi rayon 272 nömrəli körpələr evi-uşaq bağçasında, Sumqayıt Regional Mərkəzi tərəfindən Abşeron rayon, Xırdalan şəhər 15 nömrəli körpələr evi-uşaq baxçasında, Şimal-qərb Regional Mərkəzi tərəfindən Qəbələ rayon “Qafqaz Tufandağ Mountain Resort”, “Qafqaz Riverside” “Qəbələ Yeddi Gözəl” hotellərində, Qəbələ rayon Vəndam qəsəbəsi “Aqro kompleks Qəbələ” MMC-də, Qarabağ Regional Mərkəzi tərəfindən Ağcabədi 40 nömrəli Yol İstismarı idarəsində və Azərpoçt MMC-nin İmişli Regional Poçt filialının Beyləqan rayon Müştəri xidmətləri şöbəsində, Aran Regional Mərkəzi tərəfindən Mingəçevir Su Elektrik Stansiyasında, Gəncə Regional Mərkəzi tərəfindən Gəncə şəhər 52 nömrəli və Samux rayon Çobanabdallı kənd körpələr evi-uşaq bağçalarında, Muğan Regional Mərkəzi tərəfindən İmişli rayonu Dövlət Aqrar İnkişaf Mərkəzində maarifləndirmə tədbirləri keçirilib.
Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.
Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların başvermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, sularda təhlükəsizliklə bağlı məsələlər diqqətə çatdırılıb və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.
tag: FHN ,Maarifləndirmə,Tədbir,İclas,Todaypress.tv,








