FHN-in Gəncə Regional Mərkəzi mülki müdafiə məşqi keçirdi

Cəmiyyət

05.06.2025 14:05

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Gəncə İşarəvermə və Rabitə Sahəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. 

TodayPress TV Nazirliyə istinadən xəbər verir ki, məşqin keçirilməsində əsas məqsəd rəhbər və komandir-rəis heyətinin fövqəladə hadisələrlə bağlı hazırlıq səviyyəsinin yoxlanılması və bu sahədə bilik və bacarıqlarının təkmilləşdirilməsi olub. 

Məşq zamanı yaranmış şərti ekstremal vəziyyətlə əlaqədar rəhbər və komandir-rəis heyətinin fəaliyyəti qiymətləndirilib, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib. 

Uğurla reallaşdırılan məşqdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.

tag: FHN,Gəncə,Regional,Təlim,Todaypress.tv,

photo