Ədalət və İnkişaf Partiyasının üzvləri Bakıda şəhidlikləri ziyarət etdi
Cəmiyyət
14.06.2025 14:45
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının üzvləri , sədr müavini Efkan Alanın rəhbərliyi ilə Azərbaycana səfər edib. Partiyanın üzvləri Bakıda Şəhidlər Xiyabanını ziyarət edib.
TodayPress TV xəbər verir ki, Türkiyə ilə Azərbaycan arasında müttəfiqlik əlaqələrini tənzimləyən Şuşa Bəyannaməsinin 4-cü ildönümü tədbirləri çərçivəsində Azərbaycanda olan Ala və onu müşayiət edən nümayəndə heyəti əvvəlcə mərhum Prezident Heydər Əliyevin məzarını ziyarət ediblər.
Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini və baş katibi Tahir Budaqovun müşayiəti ilə Ala və nümayəndə heyəti daha sonra 20 Yanvar şəhidlərinin dəfn olunduğu Şəhidlər Xiyabanını və Qafqaz İslam Ordusu şəhidlərinin rəmzi qəbirlərinin yerləşdiyi Bakı Türk Şəhidliyini ziyarət ediblər.
Ziyarətdə Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstəlin də iştirak edib.
tag: Türkiyə,Partiya,Xiyaban,Ziyarət,Todaypress.tv,








