E2 nömrəli ekspres marşrut xətti istifadəyə verilir
Cəmiyyət
16.10.2025 15:28
Vətəndaşların Xırdalan şəhərindən paytaxtın "20 Yanvar" metrostansiyası istiqamətinə sürətli və rahat gedişlərini təmin etmək məqsədilə oktyabrın 17-dən E2 nömrəli ekspres marşrutu fəaliyyətə başlayacaq.
TodayPress TV bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Bildirilib ki, Xırdalan şəhərindən yola düşən avtobusların aralıq dayanacaq məntəqələri Abşeron rayon Sukanal İdarəsi, Heydər Əliyev prospektindəki AAAF və "Kristal Abşeron" yaşayış kompleksləri, Abşeron rayon Mədəniyyət Mərkəzi, Xırdalan şəhər 11 nömrəli tam orta məktəb, "20 Yanvar" metrostansiyası və Rövşən Cəfərov küçəsi (3 mikrorayon dairəsi) təyin edilib.
Qeyd olunan istiqamətdə avtobuslar saat 06:00-dan 23:00-dək fəaliyyət göstərəcək.
Ekspres xətti üzrə avtobusların hərəkət intervalı 8-10 dəqiqə təşkil edəcək. Avtobuslarda ödənişlər nağdsız qaydada həyata keçiriləcək, gedişhaqqı 0,60 manat müəyyən edilib.
tag: AYNA,E2,Marşrut,Xətt,Todaypress.tv,
 
        
 
                                ![Konstitusiya Məhkəməsi Palatasının [[növbəti iclası]] keçirildi](/uploads/news/687a586dc12ef.webp) 
                                            ![Ötən həftə [[150 yanğına çıxış]] olub](/uploads/news/682ac56e487dc.webp) 
                                            ![Azərbaycan [[digər ölkələrin KOB-larına]] müraciət etdi](/uploads/news/682c28c8b6529.webp) 
                                            ![DİN [[uşaq hüquqlarının müdafiəsi]] ilə bağlı tədbirləri davam etdirir](/uploads/news/68399fb17cf9e.webp) 
                                            ![Uşaqlar üçün təhlükəsiz məkan yaradaq: [[nələrə diqqət edək?]]](/uploads/news/6891e38e7b005.webp) 
                                            ![Baş prokurorun Naxçıvanda [[vətəndaşlarla görüşünün vaxtı]] dəyişdirildi](/uploads/news/68c7b9a1219d5.webp) 
                                            !["YAŞAT" Fondunun [["Hədiyyə Karvanı"]] davam edir](/uploads/news/68396ee7c9765.webp) 
                                            !["Formula 1"ə görə bəzi küçələrdə [[nəqliyyatın hərəkəti]] məhdudlaşdırılacaq](/uploads/news/68c26848d4b3d.webp) 
                                            ![Sabunçu və Suraxanıda [[qaz olmayacaq]]](/uploads/news/686612ec8ab13.webp) 
                                            ![[[Azərbaycan təbii qazının Suriyaya çatdırılması]] Cənubi Qafqazla Yaxın Şərq arasında enerji körpüsünün əsasını qoyur](/uploads/news/688dcdde6b63a.webp) 
                                            