Bayram günlərində yağış yağacaq
Cəmiyyət
05.06.2025 13:42
Bayram günlərində gözlənilən hava şəraiti açıqlanıb.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən TodayPress TV-yə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyunun 6-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində fasilələrlə yağış yağacağı gözlənilir.
Yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.
Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 18-21, gündüz 25-28 dərəcə isti olacaq. İyunun 7-də bəzi yerlərdə fasilələrlə yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.
Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 18-20, gündüz 25-28 dərəcə isti olacaq. İyunun 8-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin 7-dən 8-nə keçən gecə və səhər bəzi yerlərdə az yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi səhər şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 19-21, gündüz 25-30 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi, gecə və səhər zəif duman olacağı ehtimal olunur. 7-si axşam yağıntılar tədricən kəsiləcək, 8-i gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcək.
Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 16-20, gündüz 22-27, dağlarda gecə 5-10, gündüz 12-17 dərəcə isti olacaq.
tag: Hava, Yağışlı, Temperatur, Rütubət, Şimşək, todaypress.tv,