Baş prokurorun Naxçıvanda vətəndaşlarla görüşünün vaxtı dəyişdirildi

Cəmiyyət

15.09.2025 10:57

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyevin Naxçıvan şəhər, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayon sakinləri ilə sentyabrın 16-na nəzərdə tutulmuş qəbulunun vaxtı dəyişdirilmişdir.

TodayPress TV xəbər verir ki, qəbul sentyabrın 18-də saat 10:00-da Naxçıvan Muxtar Respublikası prokurorluğunun inzibati binasında keçiriləcəkdir.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Naxçıvan şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcəkdir.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07, (012) 361-14-22, (012) 361-01-48 nömrəli, Naxçıvan Muxtar Respublikası prokurorluğunun Sənədlərlə və müraciətlərlə işin təşkili şöbəsinin (036)-550-14-96 nömrəli telefonu, [email protected][email protected] elektron poçt ünvanları, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook, X) vasitəsilə də qəbula yazıla bilərlər.

TodayPress TV

tag: Baş prokuror,Naxçıvan,Qəbul,Dəyişmə,Todaypress.tv,