Bakıya ilan köçü başladı - Nəcə qoruna bilərik?
Cəmiyyət
13.06.2025 16:40
Son günlər sosial şəbəkələrdə Bakının bəzi ərazilərində, eləcə də Xəzər dənizinin sahilində ilanların göründüyünə dair görüntülər yayılıb. Məsələ ictimaiyyət arasında narahatlıq yaradıb.
Zooloq Samir Məmmədov Todaypress TV-yə açıqlamasında bildirib ki, ilanların görünməsi havaların istiləşməsi ilə əlaqədardır. Onun sözlərinə görə, hazırda ilanların təbiətdə fəallaşdığı dövrdür.
"İlanlar yaz-yay aylarında oyanırlar, hərəkətə başlayırlar. Bu, təbiətin normal ritmidir və narahatlığa əsas yoxdur. Xəzər sahillərində görünən ilanlar əsasən su ilanlarıdır və bunlar zəhərsizdir. Su ilanları həm də insanlara qarşı aqressiv olmur. Onlarla qarşılaşdıqda sadəcə yaxınlaşmamaq, toxunmamaq kifayətdir”.
Zooloq vətəndaşlara tövsiyə edir ki, vətəndaşlar belə hallarla qarşılaşdıqda panikaya düşməsinlər, məsafə saxlasınlar və aidiyyəti qurumlara məlumat versinlər.
Türkan İsgəndərli
tag: İlan,Bakı,Zooloq,Sancma,Todaypress.tv,