Bakının bəzi ərazilərində qaz təchizatı dayandırılacaq
Cəmiyyət
24.06.2025 20:25
Bakının üç rayonunun bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.
Bu barədə TodayPressv TV-ə "Azəriqaz" İB-dən bildirilib.
Sabah saat 10:00-dan etibarən Xətai rayonu, Xocalı prospektində qaz xəttinin yerinin dəyişdirilməsi və Nərimanov rayonu, Ə.Əlizadə küçəsində görüləcək təmir-quraşdırma işləri, həmçinin saat 13:00-dan isə Qaradağ rayonu, Sahil qəsəbəsində yaşayış evinə təbii qazın verilməsi məqsədi ilə qaz təchizatı dayandırılacaq.
Təmir işləri aparılan müddətdə Xətai rayonunda A.İsmayılov, M.Mehdizadə küçələrinin, Qaradağ rayonunda Ş.Əsgərov, M.Seyidov, Ə.Gülbabayev, E.Quliyev küçələrinin, Nərimanov rayonunda isə Təbriz, Ə. Dəmirçizadə, C.Zeynalov, F.Əsədov, Y.Bakuvi, K.Rəhimov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
tag: Qaz,Azəriqaz, Fasilə,Təmir,todaypress.tv,