Bakıda hava buludlu olacaq - SABAHIN HAVASI
Cəmiyyət
23.09.2025 12:31
Bakıda və Abşeron yarımadasında sentyabrın 24-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Bu barədə TodayPress TV-yə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, gün ərzində bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 14-17, gündüz 20-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 11-16, gündüz 20-25, dağlarda gecə 1-6, gündüz 7-12 dərəcə isti olacaq.
tag: Hava,Buludlu,Temperatur,Atmosfer,Todaypress.tv,
 
        
 
                                ![Yerdə [[maqnit qasırğası]] baş verdi](/uploads/news/6896de4a249f4.webp) 
                                            ![ASCO-nun gəmiləri [[dibdərinləşdirmə işləri]] apardı](/uploads/news/68886ef12025e.webp) 
                                            ![Bir sıra dövlət xadimləri adından [[saxta açıqlamalar]] yayıldı](/uploads/news/6880ed4bb193f.webp) 
                                            ![[[Zaur Mikayılov]] Tovuzda vətəndaşlarla görüşdü](/uploads/news/689f03a7b857d.webp) 
                                            ![[[Azərbaycan və OSPRİ]] əməkdaşlıq imkanlarını müzakirə etdi](/uploads/news/682d729f938cd.webp) 
                                            ![Vəkilliyə qəbulla bağlı imtahanda 196 nəfər [[uğur qazandı]]](/uploads/news/686a692258354.webp) 
                                            ![Binəqədi və Nərimanovda [[işıq]] olmayacaq](/uploads/news/68ad4f156d2f5.webp) 
                                            ![35 dərəcə isti olacaq [[- SABAHIN HAVASI]]](/uploads/news/685515f09e7ee.webp) 
                                            ![İlin sonuna qədər [[xəstəxanalara qəbul elektron olacaq]]](/uploads/news/690333bf87676.webp) 
                                            ![Penitensiar xidmətin rəisi [[bölgələrdə yaşayanlar üçün]] videoqəbullar keçirdi](/uploads/news/6875fe537655d.webp) 
                                            