Azərbaycandan AFAD-a əməkdaşlıq nişanı
Cəmiyyət
24.06.2025 11:29
Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) axtarış-xilasetmə qrupları BMT-nin Beynəlxalq Axtarış və Xilasetmə Məsləhət Qrupu (INSARAG) tərəfindən "orta səviyyəli" komanda kimi təsnif olunması üçün qiymətləndirmə prosesinə başlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə "TRT HABER" məlumat yayıb.
Azərbaycan qiymətləndirmə mərhələsini uğurla tamamladıqdan sonra, bu prosesə dəstək verən Türkiyənin Afət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) əməkdaşlarını əməkdaşlıq nişanı ilə təltif etmək qərarına gəlib.
Türkiyənin AFAD qurumunun Rəyasət Heyətində keçirilən mərasimdə Azərbaycan Respublikasının Ankaradakı səfiri Rəşad Məmmədov AFAD əməkdaşlarına əməkdaşlıq nişanlarını təqdim edib.
Mərasimdən sonra AFAD sədri Əli Həmzə Pehlivan jurnalistlərə açıqlama verərək, Türkiyə ilə Azərbaycan arasında əlaqələrin “Bir millət, iki dövlət” prinsipi əsasında bütün sahələrdə inkişaf etdiyini bildirib.
Pehlivan qeyd edib ki, görülən işlər və əməkdaşlıq nəticəsində iki ölkə arasında qardaşlıq və dostluq əlaqələri daha da möhkəmlənir.
Qeyd edək ki, Türkiyənin Afət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) 2015-ci ildən bu prosesdə komandalara dəstək və məsləhət xidməti göstərir.
Türkan İsgəndərli
tag: FHN,AFAD,Türkiyə,Azərbaycan,Todaypress.tv,