Azər Məmmədov Kürdəmirdə vətəndaş qəbulu keçirdi

Cəmiyyət

13.06.2025 21:28

SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədovun vətəndaşlarla növbəti görüşü Kürdəmir rayonunda baş tutub.

TodayPress TV xəbər verir kİ, birlik rəhbəri Ucar, Kürdəmir, Tovuz, Zərdab, Şəmkir, Qəbələ və Ağsu rayonlarından qəbula üz tutan 30-dək vətəndaşın qaz təchizatı ilə bağlı problem və təkliflərini dinləyib.

Sakinlər əsasən fərdi qazlaşma, işə qəbul, obyektin qazlaşdırılması, iş yerinin dəyişdirilməsi və istehlak olunan təbii qaza görə yaranan debitor borcun araşdırılması ilə bağlı müraciətlər ünvanlayıblar.

Baş direktor hər bir müraciətin həlli yolu barədə vətəndaşlara ətraflı izahat verib. Bir sıra məsələlərin yerində baxılması və araşdırılması üçün Ağsu Regional qaz istismarı İdarəsinin rəhbərliyinə müvafiq tapşırıq verilib.

tag: SOCAR, Azəriqaz, Vətəndaş, Görüş, Azər Məmmədov, todaypress.tv,

photo
photo