AZAL bir neçə istiqamətdə aviareysləri ləğv etdi
Cəmiyyət
16.06.2025 14:58
Yaxın Şərqdə baş verən son hadisələr və bölgədə bir sıra ölkələrin hava məkanlarının bağlaması ilə əlaqədar “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) bu gün həyata keçirilməsi planlaşdırılan bəzi reysləri ləğv olunub.
TodayPress TV xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.
Məlumata görə, bunlar aşağıdakılardır:
- Bakı – Dammam – Bakı (J2 8205/8206)
- Bakı – Bəhreyn – Bakı (J2 505/506)
- Bakı – Ər-Riyad – Bakı (J2 8203/8204)
- Bakı – Lahor – Bakı (J2 145/146)
Bundan əlavə, aşağıdakı istiqamətlər üzrə bütün reyslərin müvəqqəti olaraq dayandırılması barədə qərar qəbul edilib:
- 18 iyun – 30 iyun tarixlərində Bakı – Təl-Əviv – Bakı
- 19 iyun – 30 iyun tarixlərində Bakı – Tehran – Bakı
Ləğv edilmiş və ya dayandırılmış reyslər üzrə bileti olan sərnişinlər ödənişin tam geri qaytarılması və yaxud biletlərin cəriməsiz dəyişdirilməsi hüququna malikdirlər. Bununla bağlı sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.
tag: AZAL,Uçuş,Ləğv,Səfər,Todaypress.tv,
 
        
 
                                ![“Azərişıq” [[Gədəbəyin bir sıra kəndlərində]] elektrik təsərrüfatını yeniləyir](/uploads/news/688b186207169.webp) 
                                            ![Bölgələrdə küləkli hava şəraiti davam edir [[- FAKTİKİ HAVA]]](/uploads/news/685a8c50ec25a.webp) 
                                            ![[[508 və 521 nömrəli marşrutların]] hərəkəti dəyişdirilir](/uploads/news/68274dd7961ad.webp) 
                                            ![[[Sədaqət Qəhrəmanova:]] “Gender ayrı-seçkiliyi ailədən başlayır”](/uploads/news/68d4f19195da8.webp) 
                                            ![Naxçıvana [[yeni elektrik mühərrikli]] avtobuslar gətiriləcək](/uploads/news/68a55a6ff21ff.webp) 
                                            ![Sabah yağış [[yağacaq]]](/uploads/news/68ef6742ddd24.webp) 
                                            ![FHN gözlənilən [[hava şəraiti ilə əlaqədar əhaliyə]] müraciət etdi](/uploads/news/683d4fb3e30bd.webp) 
                                            ![28 dərəcə isti olacaq [[- SABAHIN HAVASI]]](/uploads/news/68e61f54df11c.webp) 
                                            ![Azərbaycanda 78 mindən çox abort qeydə alınıb [[– STATİSTİKA]]](/uploads/news/684beaa7c2f69.webp) 
                                            ![FHN-in [[Şimal-qərb Regional Mərkəzi]] mülki müdafiə məşqi keçirdi](/uploads/news/685ba879e18bf.webp) 
                                            