AZAL Bakı-Təbriz-Bakı birbaşa təyyarə reyslərinin ilk uçuşunu həyata keçirdi

Cəmiyyət

05.09.2025 22:45

"Azərbaycan Hava Yolları" QSC (AZAL) sentyabrın 6-dan etibarən Bakı-Tehran-Bakı marşrutu üzrə birbaşa uçuşların yerinə yetirilməsinə başlayır.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı səfiri Əli Əlizadə "X"də yazıb. 

Diplomat xatırladıb ki, bir neçə il sürən aradan sonra Azərbaycan Prezidentinin tapşırığına müvafiq olaraq sentyabrın 4-ü axşam saatlarında AZAL-ın Bakı-Təbriz-Bakı marşrutu üzrə ilk birbaşa reys baş tutub:

"Bu aviareys ilkin olaraq həftədə iki dəfə həyata keçiriləcək. Şənbə günündən etibarən isə AZAL-ın Bakı-Tehran-Bakı reysi də bərpa olunacaq".

tag: AZAL,Bakı,Təbriz,Reys,Todaypress.tv,