Avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması 7 %-ə yaxın artdı

Cəmiyyət

17.06.2025 18:08

Bu ilin yanvar-may aylarında Azərbaycanda avtomobil nəqliyyatı ilə 58 milyon 96,4 min ton yük, 750 milyon 386,2 min sərnişin daşınıb.

TodayPress TV Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 3 milyon 699 min ton (6,8 %) və 47 milyon 493,9 min sərnişin (6,8 %) çoxdur.

Hesabat dövründə 717 milyon 633,1 min sərnişin avtobusdan istifadə edib. Bu, ötən ilin 5 ayına nisbətən 47 milyon 574,2 min nəfər (7,1 %) çoxdur.

İl ərzində minik taksilərinin xidmətlərindən istifadə edən sərnişinlərin sayı 130,3 min nəfər (0,2 %) azalaraq 32 milyon 753,1 min nəfər olub.

Sərnişinlərin 95,6 %-i avtobus, 4,4 %-i isə minik taksilərinin xidmətlərindən istifadə ediblər.

2025-ci ildə nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektlərinin daşıdığı yüklərin həcmi 96,8 milyon ton olub. Yüklərin 59,9 %-i avtomobil nəqliyyatı vasitəsilə ilə danışıb.

tag: Avtomobil,Yük,Sərnişin,Artım,Todaypress.tv,