AQTA “Sağlam məktəbli” layihəsini davam etdirir
Cəmiyyət
31.10.2025 17:54
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən “Sağlam məktəbli” layihəsi çərçivəsində ümumi təhsil müəssisələrində maarifləndirmə tədbirləri davam etdirilir.
TodayPress TV xəbər verir ki, məktəblilər arasında sağlam qidalanmanın təşviq olunması, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanması məqsədilə həyata keçirilən layihə çərçivəsində 2025-2026-cı tədris ili üzrə ilk görüş Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 49 nömrəli məktəb-liseydə təşkil olunub.
Tədbirdə iştirak edən 300 şagirdə Agentliyin fəaliyyət istiqamətləri, eləcə də qida təhlükəsizliyinin təmin olunması və sağlam qidalanmanın vacibliyi barədə məlumatlar verilib. Daha sonra Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən “Səhər yeməyinin faydaları” mövzusunda təqdimatlar edilib. Görüşdə mövzu ətrafında müzakirələr aparılıb, məktəbliləri maraqlandıran suallar cavablandırılıb və onlara sağlam qidalanmaya dair maarifləndirici bukletlər paylanıb.
Qeyd edək ki, “Sağlam məktəbli” layihəsinə 2018-ci ildə start verilib. Layihə çərçivəsində hər il ümumtəhsil müəssisələrində şagirdlərlə qida sahəsində müxtəlif mövzularda görüşlər keçirilir. Agentlik tərəfindən belə görüşlərin davamlı olaraq təşkil edilməsi planlaşdırılıb.
tag: AQTA,Sağlam məktəbli,Layihə,Tədbir,Todaypress.tv,
 
        
 
                                ![Qoşqar Təhməzli [[sahibkarları]] qəbul edəcək](/uploads/news/68ac3fb433e5d.webp) 
                                            ![Bu gün [[Beynəlxalq İtkinlər Günüdür]]](/uploads/news/68b28c6119fde.webp) 
                                            ![Baş Prokurorluqda [[media nümayəndələri ilə]] görüş keçirildi](/uploads/news/687a2abfe0f18.webp) 
                                            ![Dövlət Komitəsinin [[2025-ci ilin ilk yarımilində]] fəaliyyəti müzakirə edildi](/uploads/news/6877aafcd92c7.webp) 
                                            ![Qeydiyyatda olan [[işsiz şəxslərin sayı]] açıqlandı](/uploads/news/68516f9f688e9.webp) 
                                            ![Bakıda [[suyun kəsilməsində]] günahkar kimdir?](/uploads/news/685164dd75080.webp) 
                                            ![Avtobuslarla bağlı məlumatlar [[“Map AYNA”da]]](/uploads/news/6835a2f58aa6f.webp) 
                                            ![Sığorta ödənişlərində ARTIM: [[Başqa hansı sahələrdə gözlənilir? – DEPUTAT AÇIQLADI]]](/uploads/news/68a4306400ed6.webp) 
                                            ![Baş Prokurorluğun idarə rəisləri [[canlı yayımda sualları]] cavablandıracaq](/uploads/news/68ca63615d8b3.webp) 
                                            ![[[Qastronomiyanın inkişaf perspektivləri mövzusunda]] təqdimat keçirildi](/uploads/news/6839b677d21c0.webp) 
                                            